Xəzər Xəbər

Seulun itkin düşmüş merinin meyiti tapılıb - YENİLƏNİB

Dünya | 15:56 • 9 İyul 2020
Seulun itkin düşmüş merinin meyiti tapılıb -

Seul şəhərinin itkin düşmüş meri Pak Von Sunun meyiti tapılıb.


Bu barədə Çinin CGTN telekanalı məlumat yayıb.


Qeyd edək ki, Pak Von Sun 2011-ci ildən Seul şəhərinin meri vəzifəsində çalışıb.


15:26


Cənubi Koreyanın paytaxtı Seul şəhərinin meri Pak Von Sun itkin düşüb.


Bu barədə "Younhap” agentliyi məlumat yayıb.


Bildirilib ki, Cənubi Koreya polisi paytaxt merinin axtarışına başlayıb.


Qeyd olunub ki, merin itkin düşməsi barədə polisə onun qızı məlumat verib. Pak Von Sunun qızı bildirib ki, atası 4-5 saat əvvəl evdən çıxıb.


Bununla yanaşı, paytaxt meri vəsiyyətə bənzər sözlər yazıb, telefonu isə söndürülüb.


Polis pilotsuz uçuş aparatları və təlim itlərinin iştirakı ilə genişmiqyaslı axtarış aparır.

Xəbər lenti