Xəzər Xəbər

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

İdman | 13:21 • 9 İyul 2020
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

Bakının "Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.


Xezerxeber.az kluba istinadla xəbər verir ki, yarımmüdafiəçi Aleksey İsayev bundan sonra "Sabah”ın uğurları üçün çalışacaq. İyirmi dörd yaşlı futbolçu ilə üçillik müqavilə bağlanıb.


A.İsayev karyerası ərzində Rusiyanın "Yenisey” və "Zenit-2” klublarında çıxış edib. Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası "Sumqayıt” olub.


Xatırladaq ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah”, daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev və Slavik Alxasovu heyətinə cəlb edib.

Xəbər lenti