Xəzər Xəbər

Ukraynada güclü yanğın nəticəsində 24 ev tamamilə yanıb

Dünya | 12:08 • 9 İyul 2020
Ukraynada güclü yanğın nəticəsində 24 ev tamamilə yanıb

Ukraynanın Luqansk vilayətində meşə zonasında və ona bitişik yaşayış massivlərində davam edən yanğın nəticəsində 71 nəfər xəstəxanaya müraciət edib. Onlardan 34-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 15-i uşaqdır.


Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Əlli hektar ərazini əhatə edən yanğın lokallaşdırılsa da, hələ də 5 hektar ərazidə yanğın davam edir. Yanğının söndürülməsinə 1500 nəfərə yaxın canlı qüvvə və 293 texnika cəlb edilib. Yanğın 59 evə ziyan vurub, onlardan 24-ü tamamilə yanıb.


Qeyd edək ki, ilkin məlumatda yanğın nəticəsində 5 nəfərin həlak olduğu açıqlanıb.


Xatırladaq ki, iyulun 6-da Luqansk vilayətinin Borovsk və Axtırsk meşə təsərrüfatında 50 hektar ərazidə yanğın baş verib. İyulun 7-də yanğın lokallaşdırılsa da, güclü külək nəticəsində alov ətrafdakı kəndlərə keçib.

Xəbər lenti