Xəzər Xəbər

Kot-d'İvuarın hökumət başçısı iclas vaxtı özünü pis hiss etdi və öldü

Dünya | 10:52 • 9 İyul 2020
Kot-d'İvuarın hökumət başçısı iclas vaxtı özünü pis hiss etdi və öldü

Kot-d'İvuarın Baş naziri Amadu Qon Kulibali hökumətin iclası zamanı qəflətənözünü pis hiss edib. Dərhal xəstəxanaya aparılsa da, hökumət başçısının həyatını xilas etmək mümkün olmayıb.

"Reuters”in məlumatına görə, onun ölümü xəbərini ölkə Prezidenti Alassan Uattara elan edib.

Bildirilir ki, 62 yaşlı baş nazir 2017-ci ildən bu vəzifədə idi.

Bundan başqa, 2020-ci ilin oktyabr ayında keçiriləcək seçkilərdə də o, prezidentliyə namizədliyini irəli sürmüşdü.

Xəbər lenti