Xəzər Xəbər

"Milan"ın həm futbolçusu, həm məşqçisi, həm də prezidentiyəm" - İbrahimoviç

İdman | 17:09 • 8 İyul 2020
"Milan"ın həm futbolçusu, həm məşqçisi, həm də prezidentiyəm" -

"Milan" ın hücumçusu Zlatan İbrahimoviç İtaliya çempionatının 31-ci turunda "Yuventus"a qalib gəldikləri oyunu (4:2) şərh edib.


İsveçli forvard "Footbal Italia”ya açıqlamasında adəti üzrə özünü tərifləyib. O bildirib ki, "Milan”da futbolçu olmaqla yanaşı, həm də məşqçi və prezidentdir:


"Mən yaşlıyam, bu sirr deyil. Ancaq yaş yalnız bir rəqəmdir. Yaxşı işləyirəm, bu gün son matçdakından daha çox oynadım. Özümü yaxşı hiss edirəm, komandaya kömək etmək üçün əlimdən gələni edirəm. Mən "Milan”da prezident, oyunçu və məşqçiyəm! Yeganə mənfi tərəfi odur ki, mənə yalnız oyunçu olduğum üçün pul ödəyirlər. Mövsümün əvvəlindən burada olsaydım, çempionluğu qazanardıq. Görək, növbəti mövsümdə də "Milan"da çıxış edəcəyəmmi? Oyundan zövq almaq üçün hələ bir ay var. Milanda hələ də çox xoşum gəlir.


38 yaşım var, əvvəlki həssaslığım yoxdur, amma ağıllıyam. Bura Talisman olmaq üçün yox, komanda yoldaşlarıma, kluba və azarkeşlərə kömək etmək üçün gəlmişəm”.


Qeyd edək ki, 38 yaşlı futbolçu "Yuventus"la oyunda bir qol vurub və bir məhsuldar ötürmə edib.

Xəbər lenti