Xəzər Xəbər

Bakıda “Mercedes” markalı avtomobilin vurduğu piyada ölüb

Hadisə | 14:39 • 8 İyul 2020
Bakıda “Mercedes” markalı avtomobilin vurduğu piyada ölüb

Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Nərimanov rayonunun Z.Bünyadov prospektində yolu keçən Qusar rayon sakini Cavid Ağaməmmədov Bakı şəhər sakini A.Səmədzadənin idarə etdiyi "Mercedes” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti