Xəzər Xəbər

“Taliban” Əfqanıstanda iki hücumun məsuliyyətini üzərinə götürüb

Dünya | 12:24 • 8 İyul 2020
“Taliban” Əfqanıstanda iki hücumun məsuliyyətini üzərinə götürüb

"Taliban” hərəkatı Əfqanıstanda altı nəfərin ölümü və 20 nəfərin yaralanması ilə nəticələnən iki hücumun məsuliyyətini üzərinə götürüb.


1TV telekanalı xəbər verir ki, birinci hücum Qəndəhar əyalətinin polis məntəqəsinə edilib. Hadisə nəticəsində üç polis əməkdaşı həlak olub, daha 20 nəfər yaralanıb.


İkinci hücum isə Qəzni əyalətində qeydə alınıb. İnsident zamanı Deh dairəsinin polis rəisi və güc strukturlarının iki əməkdaşı öldürülüb.


Qeyd edək ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq, "Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və "Taliban” 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Sülh sazişi 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.

Xəbər lenti