Xəzər Xəbər

Bərdədə traktor su kanalına aşıb, sürücü boğularaq ölüb

Region | 12:04 • 8 İyul 2020
Bərdədə traktor su kanalına aşıb, sürücü boğularaq ölüb

Bərdədə traktor su arxına aşıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 7-də saat 18 radələrində Bərdə rayonunun Bala Ərəblər kəndi ərazisində Güloğlular kənd sakini Yelmar Məmmədov idarə etdiyi "JT” markalı traktoru su arxına salıb.


Nəticədə sürücü suda boğularaq ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Xəbər lenti