Xəzər Xəbər

Rusiyada qətl törətməkdə təqsirləndirilən azərbaycanlı axtarışa verilib

Hadisə | 10:59 • 8 İyul 2020
Rusiyada qətl törətməkdə təqsirləndirilən azərbaycanlı axtarışa verilib

Rusiya hüquq-mühafizə orqanları adam öldürməkdə təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib.


Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.


Məlumatda qeyd olunub ki, Gürcüstanın Marneuli rayonunda anadan olan, 1988-ci il təvəllüdlü Anar Xudayev qəsdən adam öldürmə və silahlı basqın cinayətlərində təqsirli bilinir.


Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub. (APA)

Xəbər lenti

Çox oxunanlar