Xəzər Xəbər

Yanvar-iyun aylarında 743 min nəfərə müavinət və təqaüd ödənilib

Cəmiyyət | 10:36 • 8 İyul 2020
Yanvar-iyun aylarında 743 min nəfərə müavinət və təqaüd ödənilib

Bu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 455,4 min nəfərə sosial müavinət ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub.

Həmin dövrdə nazirliyin xətti ilə Prezident təqaüdləri ilə təmin olunanların sayı 287,5 min nəfər olub. Yanvar-iyun aylarında ümumilikdə 742,9 min nəfərə sosial müavinət və təqaüd verilib.

Bu ilin 6 ayında müavinət və təqaüdlər formasında əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çox olmaqla, 475 milyon manat ödənilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti