Xəzər Xəbər

Antuan Qrizmann “Barselona”da qalacaq

İdman | 10:20 • 8 İyul 2020
Antuan Qrizmann “Barselona”da qalacaq

Fransa millisinin və İspaniya "Barselona”sının futbolçusu Antuan Qrizmannın taleyinə aydınlıq gəlib.


Hücumçu növbəti mövsümdə də Kataloniya təmsilçisində çıxış edəcək.


Bu, klub rəhbərliyi ilə futbolçu arasında görüşdən sonra dəqiqləşib. Rəhbərlik Antuanı inandıra bilib ki, onun xidmətlərinə güvənəcək.

Hərçənd bir müddət əvvəl futbolçunun Fransa PSJ-si, İtaliya "İnter”i və "Yuventus”una təklif olunduğu bildirilirdi. Həmçinin İngiltərə təmsilçiləri "Mançester Siti” və "Mançester Yunayted” ona maraq göstərir.

Qeyd edək ki, 2019-cu ilin yayında "Atletiko”dan 120 milyon avroya transfer olunan fransalının müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Xəbər lenti