Xəzər Xəbər

Sui-istifadə edənlərin icazələri ləğv edilib - VİDEO

Veb TV | 09:38 • 8 İyul 2020
Sui-istifadə edənlərin icazələri ləğv edilib -

Fəaliyyətinə icazə verilən sahələr üzrə hüquqi və fiziki şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir. Əvvəldən icazəsi olan, lakin sonradan ləğv edilən müraciətlər limit gözlənilməklə bərpa olunub.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Vergi Xidmətinin şöbə rəisi Rəşad Qarayev deyib.

Onun sözlərinə görə, aparılmış araşdırmalar nəticəsində əvvəllər icazəsi olmuş, sonradan isə icazələrin verilməsi məhdudlaşdırılmış bir sıra sahibkarların müraciətləri əsasında onların vergi orqanlarının məlumat bazasında olan fəaliyyət istiqamətləri və təsnifat kodları ilə bağlı məlumatları yenidən dəqiqləşdirilib. Bununla da işçilərinin sayına uyğun olaraq yol verilən limitlər çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib. İcazə üçün müraciət edən şəxslərdən bir daha fəaliyyət sahəsinin icazə verilən sahələr arasında olub-olmamasını yoxlamaları tövsiyə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti