Xəzər Xəbər

Şəkidə ustanı elektrik cərəyanı vurub öldürüb - VİDEO

Veb TV | 09:31 • 8 İyul 2020
Şəkidə ustanı elektrik cərəyanı vurub öldürüb -

Şəkidə evin dam örtüyünü quraşdıran ustanı yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.


Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün axşam saat 19:00 radələrində Şəki şəhəri Sarabski küçəsindəki fərdi yaşayış evlərinin birində baş verib.


Yüksək gərginlik xəttinin altında yerləşən fərdi yaşayış evinin dam örtüyünü quraşdıran Şəki şəhər sakini, 32 yaşlı usta Nəriman Mustafayevi yüksək gərginlikli elektrik cərəyanı vurub. O. aldığı ağır elektroşok xəsarətindən hadisə yerində ölüb.



Xəbər lenti