Xəzər Xəbər

Turizm Assosiasiyası İqtisadiyyat Nazirliyinə müraciət edib - VİDEO

Veb TV | 09:03 • 8 İyul 2020
Turizm Assosiasiyası İqtisadiyyat Nazirliyinə müraciət edib -

Turizm Assosiasiyası xüsusi və sərt karantin günlərində fəaliyyətin davamlılığı üçün turizm sahəsinə icazələrin alınması məqsədilə İqtisadiyyat Nazirliyinə müraciət edib. Xezerxeber.az-ın məlumatına görə, müraciətdə deyilir ki, Azərbaycanın turizm sektoru koronavirus pandemiyasının təsirindən ən çox ziyan görən sahələrdəndir. Bununla belə, hazırda daxili turizmin inkişafı, hotel biznesinin dayanaqlılığı və digər sahələrin yeni şəraitə uyğunlaşdırılması üçün təkliflər hazırlanır, müvafiq işlər görülür. Amma turizm nümayəndələrinə xüsusi karantin dövründə hərəkət məhdudiyyətlərinin tətbiq edilməsi bu sektorun fəaliyyətinə ciddi zərər verə və bu sahəni iflic vəziyyətinə gətirə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti