Xəzər Xəbər

Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısı olub

İqtisadiyyat | 16:32 • 7 İyul 2020
Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısı olub

Gürcüstanın 2019-cu ildə təbii qaza olan tələbatı 15 faiz artaraq 2,5 milyard kubmetr olub. Bu həcmin 99,8 faizi xaricdən idxal edilib.


Bu barədə Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının 2019-cu il üzrə hesabatında deyilib. Bildirilir ki, Gürcüstan keçən il istehlak etdiyi təbii qazın 93 faizini Azərbaycandan alıb.


Azərbaycan bununla da Gürcüstanın əsas təbii qaz təchizatçısı olub.

Xəbər lenti