Xəzər Xəbər

Mağazadan pul və ərzaq məhsulları oğurlayan yeniyetmə saxlanılıb

Hadisə | 15:23 • 7 İyul 2020
Mağazadan pul və ərzaq məhsulları oğurlayan yeniyetmə saxlanılıb

Paytaxtda oğurluqla məşğul olan iki nəfər tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, iyulun 7-də Hövsan qəsəbəsi ərazisindəki mağazaların birindən 300 manat məbləğində pul və 1700 manat dəyərində ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri olan yeniyetmə və S.Nağıyev Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.


Faktla bağlı təhqiqat aparılır.

Xəbər lenti