Xəzər Xəbər

Avtobus su anbarına aşıb, 21 nəfər həlak olub - FOTO

Dünya | 15:09 • 7 İyul 2020
Avtobus su anbarına aşıb, 21 nəfər həlak olub -

Çinin cənub-qərbində yerləşən Huyçjou əyalətində ictimai avtobusun su anbarına aşması nəticəsində azı 21 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.


Çinin Mərkəzi Televiziyası xəbər verir ki, hadisə yerli vaxtla saat 11:45-də Anşun şəhərində qeydə alınıb. Məktəbliləri daşıyan avtobus naməlum səbəbdən aşıb, mühafizə maneəsini qıraraq su anbarına düşüb.


Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Xilasedicilər avtobusu sudan çıxarıb. İnsidentlə bağlı təhqiqat başlayıb.

Xəbər lenti