Xəzər Xəbər

Bakıda karantin rejiminə əməl etməyən çay evi aşkarlanıb, 17 nəfər cərimələnib - FOTO

Cəmiyyət | 10:45 • 7 İyul 2020
Bakıda karantin rejiminə əməl etməyən çay evi aşkarlanıb, 17 nəfər cərimələnib -

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan çay evi aşkarlanıb.


Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi, Binəqədi Rayon Polis İdarəsi və 6-cı polis bölməsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Biləcəri qəsəbəsi Ordubadi küçəsində "Lokomativ-Biləcəri” çay evinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.


Ümumilikdə 17 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icrədarı P.Bodurov 2000 manat, digərləri 200 manat cərimə olunublar.

Xəbər lenti