Xəzər Xəbər

Daha 8 şəhər və rayonda sərt karantin rejimi tətbiq edilir - VİDEO

Veb TV | 09:01 • 7 İyul 2020
Daha 8 şəhər və rayonda sərt karantin rejimi tətbiq edilir -

Daha 8 şəhər və rayonda sərt karantin rejimi tətbiq edilir.

Xezerxeber.az-ın məlumatına görə, sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi yeni rayonlardan biri də Şəkidir. Rayonda fəaliyyətinə icazə verilmiş sahələrdən başqa digər bütün obyektlərin işi dayandırılıb. Rayon ərazisində yalnız icazə portalında qeydiyyata alınmış və SMS icazəsi olanların hərəkəti mümkündür.

Küçələrdə polis və hərbçilərdən ibarət xüsusi qruplar sərt karantin rejimi qaydalarına əməl olunmasına nəzarət edirlər.

Rayonun mövcud giriş istiqamətlərində postlar qurulub və giriş-çıxışa nəzarət olunur.

Son günlərdə kornovirusa yüksək yoluxma faktları aşkarlandığından Mingəçevirdə də sərtləşdirilmiş karantin rejimi tətbiq edilir.

Başqa şəhər və rayonların sakinlərinin Mingəçevirə daxil olmasına icazə verilmir. Şəhər ərazisində fəaliyyətinə icazə verilməyən bütün obyektlər qapadılıb. Karantin qaydalarının tətbiqinə polislərlə birgə hərbçilər də nəzarət edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti