Xəzər Xəbər

Bağdadın hava limanı raket atəşinə tutulub

Dünya | 12:07 • 6 İyul 2020
Bağdadın hava limanı raket atəşinə tutulub

Bağdadın beynəlxalq hava limanı raket atəşinə tutulub. Raket zərbələri nəticəsində ölən və xəsarət alan olmayıb.

"Əl-Ərəbiyə” kanalı xəbər verir ki, ötən gecə hava limanına atılan iki raket aeroportun onun yaxınlığına düşərək kiçik tikililərə ziyan vurub. Hava limanına və onun inzibatı binasına heç bir xəsarət toxunmayıb.

Hadisə yerinə gələn İraqın xüsusi xidmət orqanları araşdırmalara başlayıblar. Raket zərbələrinə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Cari ilin əvvəlindən Bağdadın beynəlxalq hava limanı dördüncü dəfədir ki, raket atəşinə tutulur. Yanvarda hava limanına raket zərbələri nəticəsində iranlı general Qasım Süleymani həlak olmuşdu.

Xəbər lenti