Xəzər Xəbər

Dünya şöhrətli bəstəkar Ennio Morrikone vəfat edib

Mədəniyyət | 11:59 • 6 İyul 2020
Dünya şöhrətli bəstəkar Ennio Morrikone vəfat edib

İtaliyanın dünya şöhrətli bəstəkarı, "Oskar” mükafatı laureatı, bir çox klassikləşmiş filmə musiqilər bəstələyən Ennio Morrikone vəfat edib.


Bəstəkar yıxılaraq aldığı travmadan bu gecə Roma klinikalarının birində dünyasını dəyişib.


Dahi musiqiçi və bəstəkar "Bir dollar üçün", "Missiya", "Bir vaxtlar Amerikada”, "Nuovo kinoteatrı Paradiso", "Professional”, "Malena" ya qədər italyan və dünya kinosunun ən gözəl saundtreklərinin müəllifi 93 yaşında idi. Bir neçə gün əvvəl onun bud sümüyü qırılmışdı.


Ennio Morikonenin dəfni bu gün ailə üzvlərinin iştirakı ilə qapalı mərasimlə baş tutacaq.

Xəbər lenti