Gürcüstanın Svaneti bölgəsində meşə yanğınları davam edir.
Dağ yamaclarında başlayan yanğın artıq 3 min kvadratmetrə yaxın ərazini əhatə edir. İki gündür davam edən yanğının söndürülməsinə helikopter cəlb olunub.
Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, iyulun 6-da hadisə yerinə 20 yanğınsöndürmə və xilasetmə briqadası cəlb olunub. Əlverişsiz əraziyə texnikanın qaldırılması mümkün olmayıb.
Hazırda yüksək dağ yamaclarında yanğının söndürülməsi işləri davam edir.