Xəzər Xəbər

Hindistanda koronavirusdan daha 613 nəfər ölüb

Dünya | 12:06 • 5 İyul 2020
Hindistanda koronavirusdan daha 613 nəfər ölüb

Hindistanda son gündə 24 min 8 nəfərdə koronavirus aşkar edilib, 613 nəfər ölüb.


Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Məlumata görə, ölkədə virusa yoluxanların sayı 673 165 nəfərə yüksəlib.


Con Hopkins universitetinin məlumatına görə, Hindistan koronavirusa yoluxma sayına görə, dünyada 3-cü yeri tutur.


Ölkənin Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, hazırda 244 814 nəfər virusdan müalicə olunur, indiyə kimi 409 082 nəfər xəstəlikdən sağalıb. İndiyə kimi, 19 268 nəfər koronavirusdan dünyasını dəyişib.

Xəbər lenti