Xəzər Xəbər

“Chessable Masters” şahmat turnirinin qalibi məlum olub

İdman | 09:49 • 5 İyul 2020
“Chessable Masters” şahmat turnirinin qalibi məlum olub

Norveçli dünya çempionu Maqnus Karlsen "Chessable Masters” şahmat turnirinin qalibi olub.


Xezerxeber.az xəbər verir ki, M.Kalsen finalda mübarizə apardığı hollandiyalı Aniş Giriyə ikinci matçda da qalib gəlib.


"Chessable Masters” M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsidir. Bu mərhələnin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov məğlub olduğu üçün yarışda iştirakını dayandırıb.


Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.


Beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsinin - "Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələdə - "Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb. Seriya çərçivəsində növbəti mərhələ - "Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.

Xəbər lenti