Xəzər Xəbər

Balaxanı yeni turizm məkanına çevrilir VİDEO

Veb TV | 21:38 • 4 İyul 2020
Balaxanı yeni turizm məkanına çevrilir

Balaxanı qəsəbəsi yeni turizm məkanına çevriləcək. Qəsəbəninin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" birgə əməkdaşlıq edəcək. Artıq işlərə start verilib.

Paytaxtın qədim qəsəbəsi Balaxanı - yeni turizm məkanına çevriləcək.

Hazırda qəsəbənin turizm imkanları araşdırılır və abadlıq işləri görülür, Balaxanının paytaxtın yeni turizm marşrutuna salınması istiqamətində Kiçik və Orta Biznesin İnkişafi Agentliyi, Dövlət Turizm Agentliyi və "Bakı Abadliq Xidməti" birgə əməkdaşlıq edəcək. Hər 3 qurum Balaxanıda turizm yönümlü sahibkarlığın təşviqi və yeni turizm obyektlərinin yaradılması, qəsəbənin daha da abadlaşması istiqamətində səlahiyyətləri çərçivəsində səylərini birləşdirəcəklər.

Eyni zamanda hər 3 qurumun, Balaxanının turizm potensialının dirçəldilməsi istiqamətindəki əməkdaşlığı turizm yönümlü sahibkarlığın təşviqinə, məşğulluğun artırılmasına, qəsəbənin tarixi abidələrinin tanıdılmasına və daha da abadlaşmasına öz töhfəsini verəcək. Fəaliyyətin səmərəli və sistemli təşkili üçün konseptual sənədin hazırlanması da təklif olunur. Turizm Assosiasiyası isə təklif edir ki, yeni turizm məkanı tur paketlərə də salınsın.

Qeyd edək ki, Balaxanı qəsəbəsində müxtəlif turizm istiqamətləri, xüsusilə də sənətkarlıq üzrə 100-ə yaxın kiçik obyektin fəaliyyəti təşkil oluna bilər.

Xəbər lenti