Xəzər Xəbər

On altı şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı

Gündəm | 09:07 • 4 İyul 2020
On altı şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı

Bu gündən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda bütün ictimai nəqliyyatın hərəkəti qadağan edilib.


XəzərXəbər xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 2-də qərar verib.


Qərara əsasən, həftəsonu - 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirildiyi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.


Qeyd edək ki, 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək və 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək qeyd olunan şəhər və rayonlarda bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Xəbər lenti