Xəzər Xəbər

Koronovirusdan vəfat edənlərin sayı ümumi yoluxanların 2 faizdən azını təşkil edir

Gündəm | 17:45 • 3 İyul 2020
Koronovirusdan vəfat edənlərin sayı ümumi yoluxanların 2 faizdən azını təşkil edir

Hazırda koronavirusla mübarizədə görülən tədbirlər və həkimlərin fədakarlığı nəticəsində müalicədə uğurlar əldə etmişik. Statistik göstəricilərdə bunu görmək olar. Koronavirusdan vəfat edənlərin sayını digər ölkələr, xüsusilə tibb sahəsi inkişaf etmiş ölkələrlə müqayisə etsək görərik ki, bizdə ölüm halları 2 faizdən azdır. Bir sıra inkişaf etmiş ölkələrdə bu rəqəm 10, 14, 18 faiz təşkil edir.


Xezerxeber.az xəbər verir ki, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.


R.Bayramlının sözlərinə görə, bunlar ilk gündən düzgün protokolların tətbiqi və yerlərdə icranın düzgün həyata keçirilməsi nəticəsində mümkün olub.

Xəbər lenti