Xəzər Xəbər

Energetika naziri: “OPEC+” razılaşması hazırda bazara yeganə dəstək verən vasitədir

İqtisadiyyat | 16:00 • 2 İyul 2020
Energetika naziri: “OPEC+” razılaşması hazırda bazara yeganə dəstək verən vasitədir

"OPEC+” formatında tənzimləmə mexanizminə qayıdış və aprel ayında tarixi qərarın qəbulu qeyri-sabit enerji sisteminin problemlərinin həlli istiqamətdə ilk addımlardan biridir.


Xezer xəbər verir ki, bu fikirləri Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday” Beynəlxalq Diskussiya Klubunun birgə təşkilatçılığı və Rusiyanın Energetika naziri Aleksandr Novakın da iştirakı ilə keçirilən "Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfransda çıxış edərkən səsləndirib.


P.Şahbazov bildirib ki, "OPEC+” razılaşması hazırda bazara yeganə dəstək verən vasitədir. Bununla belə dünya iqtisadiyyatında geriləmə və məhdud iqtisadi aktivlik müddətinin uzanması tələbata ciddi şəkildə təzyiq edir. Dünyada neftə gündəlik tələbat birinci rübdə 6,4 milyon barrel azalmışdısa, ikinci rübdə bu göstərici təxminən 17 milyon barreldən çox qiymətləndirilir.

Xəbər lenti