Xəzər Xəbər

Qırğızıstanda koronavirusa yoluxanların sayı 2000-i keçib

Dünya | 13:15 • 7 İyun 2020
Qırğızıstanda koronavirusa yoluxanların sayı 2000-i keçib

Qırğızıstanda COVID-19-a yoluxanların sayı 33 nəfər artaraq 2007-yə çatıb, onların 395-i tibb işçisidir. Son sutka ərzində 6 həkim virusa yoluxub.

Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, pandemiya dövründə ölkədə 1425 nəfər, son sutka ərzində isə 65 xəstə sağalıb, 22-si ölüb.

Xəstəxanalarda 560 nəfər müalicə olunur, 11 xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Hazırda 1461 nəfər karantindədir.

Xəbər lenti