Xəzər Xəbər

Baltikyanı ölkələr Polşa ilə razılığa gəlib

Dünya | 11:53 • 7 İyun 2020
Baltikyanı ölkələr Polşa ilə razılığa gəlib

Baltikyanı ölkələr və Polşa gələn həftə vətəndaşların sərbəst gediş-gəlişini bərpa etmək barədə razılığa gəlib.

Bu barədə Litvanın Baş naziri Saulyus Skvernyalis polşalı həmkarı Mateuş Moravetski ilə danışıqlardan sonra deyib.

"Biz Baltikyanı ölkələr və Polşa arasında vətəndaşların sərbəst gediş-gəlişinin gələn həftə bərpa edilməsi barədə razılığa gəldik. Bu, dövlətlərin məsul nazirlikləri tərəfindən təcili şəkildə razılaşdırılacaq”, – deyə Baş nazir özünün "Facebook" səhifəsində yazıb.

Hazırda Litva, Latviya və Estoniya vətəndaşları və sakinləri Baltikyanı ölkələrə sərbəst səyahət edə bilirlər.

Qeyd edək ki, Litva hökuməti bazar ertəsi "təhlükə törətməyən” 24 ölkənin yer aldığı siyahını açıqlayıb. Həmin ölkələrin vətəndaşlarına məcburi ikihəftəlik özünütəcrid rejimi olmadan Litvaya səfər etməyə icazə verilir.

Xəbər lenti