Xəzər Xəbər

İngiltərədə futbolçular yenə testdən keçirildi

İdman | 10:55 • 7 İyun 2020
İngiltərədə futbolçular yenə testdən keçirildi

İyunun 4-5-də Premyer Liqada 1195 futbolçu növbəti koronavirus testindən keçiblər.

Bu haqda Premyer Liqanın saytı məlumat yayıb. Test nəticəsində heç kimdə koronavorus aşkarlanmayıb.

Qeyd edək ki, bu, sayca altıncı test olub. Buna qədər ümumən 6274 test götürülüb, onlardan yalnız 13-nün nəticəsi müsbət çıxıb.

Xatırladaq ki, iyunun 17-də İngiltərə Premyer Liqasının bərpası nəzərdə tutulub.

Xəbər lenti