Xəzər Xəbər

Bakıda yolu təmir etmək əvəzinə, yamaq vurdular RƏSMİ AÇIQLAMA + FOTO

Gündəm | 14:23 • 6 İyun 2020
Bakıda yolu təmir etmək əvəzinə, yamaq vurdular

Sosial şəbəkə istifadəçiləri Sabunçu rayonunda küçənin təmir olunması ilə bağlı yayılmış fotoşəkli birmənalı qarşılamayıb.

Paylaşılan kadrda yolun tam təmiri əvəzin,müxtəlif hissələrinə yamaqların vurulduğu diqqətdən qaçmayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, yolun fotodakı kimi təmir olunmasında qeyri-adi heç nə yoxdur:

"Əksinə, tam olaraq qayda-qanunla təmir işləri görülür. Yayılan şəkildəki yol asfalt örtüklü yoldur və müəyyən hissələrində xırda dağılmalar var. Həmin yerlərdə asfalt beton örtük sökülür və yeni asfalt-beton örtüklə əvəzlənir”.

A.Nəcəfli yolların belə təmir edilməsi səbəbindən də danışıb:

"Bu, ona görə edilir ki, həmin çatəmələ gəlmiş yerin sahəsi daha da böyüməsin. Bu cür cari təmir işləri aparılmasa, nəticədə, biz həmin işləri daha böyük sahələrdə görməli olacağıq.

Bu fotonu yayan şəxs və ya şəxslər istəyirlər ki, bir-iki kvadrat metrlik ərazi əvəzinə, 10-20 kv.m-lik ərazi qaşınıbasfaltlansın? Bu cür yanaşma düzgün deyil. Görülən işləri məsxərəyə qoymaq olmaz. Elə olur ki, bir, on, yüz, hətta minkvadrat metrlik sahədə belə işlər görülür. Bu da yolda əmələ gəlmiş çat və dağılmaların qarşısını almaq üçündür”.

Xəbər lenti