Xəzər Xəbər

İki azyaşlı kimyəvi məhluldan zəhərlənib AÇIQLAMA

Hadisə | 11:53 • 6 İyun 2020
İki azyaşlı kimyəvi məhluldan zəhərlənib

"Son 10 gün ərzində səkkiz nəfər dərman zəhərlənməsi ilə bağlı müraciət edib”.

Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

O bildirib ki, son 10 gün ərzində metil spirtindən zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət daxil olmayıb:

"Son 10 gün ərzində xəstəxananın Toksikologiya Şöbəsinə sirkə turşusu ilə zəhərlənən iki nəfər, müxtəlif dərman zəhərlənmələri ilə səkkiz nəfər, dəm qazından zəhərlənmə ilə dörd nəfər, allergik reaksiya ilə isə altı nəfər müraciət edib.

Onlardan yalnız dəm qazından yüngül zəhərlənənlərə ilkin yardım göstərilib və evə buraxılıb. Digər şəxslərin müalicəsi xəstəxanada davam etdirilir.

Bundan başqa, İmişli rayonundan və Güzdək qəsəbəsindən ilan sancması ilə bağlı iki nəfər müraciət edib. Müraciətlər arasında ölüm faktı qeydə alınmayıb”.

A.Maqsudov onu da əlavə edib ki, məişətdə istifadə edilən kimyəvi məhlullardan zəhərlənmə şübhəsi ilə müraciət edən iki azyaşlıya isə ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

Xəbər lenti