Xəzər Xəbər

Rumıniya sərhədləri açır

Dünya | 22:22 • 5 İyun 2020
Rumıniya sərhədləri açır

Rumıniya iyunun 5-dən xarici vətəndaşlar üçün sərhədlərini açır. Hazırda ölkə Rumıniya rezidentlərini, onların ailələrini, Rumıniyada yaşayan Avropa İttifaqı ölkələri vətəndaşlarının ailələrini, Şengen vizası sahiblərini, diplomatları, konsulluq işçilərini qəbul edir. Eyni zamanda, xüsusi müdafiəyə ehtiyacı olanların, diplomatların, ölkəni tranzit keçən vətəndaşların Rumıniyaya gəlməsinə icazə verilir. Buna baxmayaraq, diplomatlar, xarici şirkətlərin işçiləri, tələbələr, sərhədyanı işçilər, avtobus sürücüləri, gəmi, qatar və təyyarə heyətindən başqa digərləri iki həftəlik təcrid olunmalıdırlar. Tələbləri yerinə yetirməyənlər məcburi karantinə göndəriləcək.

Qeyd edək ki, Rumıniyada 20 mindən çox insan koronavirusa yoluxub.

Xəbər lenti