Xəzər Xəbər

Dövlət büdcəsinin icrası ilə bağlı layihə müzakirəyə çıxarılıb - VİDEO

Veb TV | 19:45 • 5 İyun 2020
Dövlət büdcəsinin icrası ilə bağlı layihə müzakirəyə çıxarılıb -
İyunun 5-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.


Xezerxeber.az-ın məlumatına görə, iclasda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və müvafiq hesabat birinci oxunuşda təqdim olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 

2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb. İndiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmayıb. 

Qeyd olunub ki, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 23168,0 milyon manat proqnoza qarşı 24218,1 milyon manat təşkil edib. Proqnozla müqayisədə 4,5 faiz, 2018-ci illə müqayisədə isə 7,6 faiz çox icra təmin olunub.

2018-ci illə müqayisədə 2019-cu ildə səhiyyə xərclərinə 23,1, sənaye və tikintiyə 22,1, kənd , meşə və balıqçılıq təsərrüfatlarına 15, 5, təhsil xərclərinə 11, 6, müdafiə xərclərinə 11, 2, sosial təminat və sosial müdafiə xərclərinə 6,1 faiz çox vəsait ayrılıb.

Müzakirələrdən sonra məsələ səsə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Plenar iclasda Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə son günlər 4 iyun 1993-cü il hadisələri ilə bağlı fərqli fikirlərin və o vaxt hakimiyyətdə olan şəxslərin özlərinə bəraət qazandırmaq cəhdlərinin müşahidə edildiyini bildirib. Əli Hüseynlinin sözlərinə görə, o zamankı Ali Sovet bu hadisələrə rəy verib və qərar qəbul edib.

Bundan əlavə, iclasda Cinayət-Prosessual Məcəlləyə təklif olunən dəyişikliklər də birinci oxunuşa çıxarılıb. Dəyişikliklər bütövlükdə cinayət mühakimə icraatında innovativ üsullardan istifadə etməklə obyektivliyin və effektivliyin yüksəldilməsi, habelə məhkəməyə müraciət imkanlarının genişləndirməsi məqsədi ilə hazırlanıb. Qanun layihəsində dəyişikliklərin ikinci istiqaməti cinayət mühakimə icraatında kassasiya şikayəti icraatının təkmilləşdirilməsindən ibarətdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti