Milli Məclisin iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova alimenti ödəməyənlərlə bağlı məsələ qaldırıb.
XəzərXəbər-in xəbərinə görə, H.Hüseynova "Məhkəmə-Hüquq Şurası” haqqında qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib ki, bəzənalimentödəməyən şəxslər barədə tədbirlər görülmür.
Deputat qeyd edib ki, alimenti ödəməyən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılmalıdır.
"Təklif edirəm ki, alimenti ödəməyənlər axtarışa verilsin,saxlanılsın və barələrində tədbirlər görülsün”, - deyə H.Hüseynova əlavə edib.