Xəzər Xəbər

Neftin qiyməti ardıcıl 6 həftəni artımla tamamlayır

İqtisadiyyat | 14:08 • 5 İyun 2020
Neftin qiyməti ardıcıl 6 həftəni artımla tamamlayır

Birjalarda neftin qiyməti "OPEC+” nikbinliyi fonunda ardıcıl 6 həftəni də artımla tamamlamağa yönəlib.


Xezerxeber.az-a xəbər verir ki, "qara qızıl”ın qiyməti "OPEC+”un iyunun 6-da keçirəcəyi iclasda mövcud hasilat məhdudiyyətlərinin uzadılması (may-iyun göstəricilərinin saxlanılması) üzrə saziş imzalayacağına dair gözləntilər fonunda ardıcıl 6 həftəni də yüksəlişlə tamamlayır.


Neftin qiyməti bu həftə təxminən 6 faiz artıb. Həftə ərzində "Brent” markalı xam neftin bir barrelinin qiyməti təxminən 3 ay ərzində (martın 6-dan) ilk dəfə 41 dolları keçib.


Qeyd edək ki, hazırda "Brent” neftinin bir barreli Londonun ICE birjasında 41,07 dollara, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 38,14 dollara satılır.

Xəbər lenti