Xəzər Xəbər

Sabahdan şəxsi avtomobillərlə hərəkət tam qadağan edilir - RƏSMİ

Cəmiyyət | 13:42 • 5 İyun 2020
Sabahdan şəxsi avtomobillərlə

Sabahdan iki gün müddətində Azərbaycanda şəxsi avtomobillərlə hərəkət tam qadağan edilir.

XəzərXəbər xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah qərar verib.

Bildirilib ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Qeyd edilib ki, icazəsi olan şəxslər xidməti avtomobillə işə gedə biləcək.

Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, ehtiyac olduğu halda işləməsi üçün icazə verilən fəaliyyət sahələrinin rəhbərləri əməkdaşlarının çalışması üçün şəraitin yaradılmasını Bakı Nəqliyyat Agentliyi ilə müzakirə edə bilər.

Xəbər lenti