Xəzər Xəbər

Rusiyanın iki səfirliyinə bomba xəbərdarlığı daxil oldu

Dünya | 11:01 • 5 İyun 2020
Rusiyanın iki səfirliyinə bomba xəbərdarlığı daxil oldu

Rusiyanın Argentinadakı səfirliyinə bombalı hücum xəbərdarlığı daxil olub.

Elektron məktubla yollanan xəbərdarlıqda səfirlik binasına bomba qoyulduğu yazılıb.

Bölgəyə dərhal Argentina Federal Polisinin bombaların zərərsizləşdirilməsi briqadası cəlb olunub. Polisdən verilən açıqlamada briqadanın səfirlikdə hər hansı partlayıcı tapmadığı bildirilib.

Qeyd edək ki, həftənin əvvəlində Rusiyanın Braziliyadakı səfirliyinə də bənzər xəbərdarlıq daxil olmuşdu./publika.az

Xəbər lenti