Xəzər Xəbər

Ərdoğan: Haftar və ona dəstək verənlər sülhün önündə ən böyük əngəldirlər"

Dünya | 09:53 • 5 İyun 2020
Ərdoğan: Haftar və ona dəstək verənlər sülhün önündə ən böyük əngəldirlər"

Türkiyəyə rəsmi səfərdə olan Liviyanın baş naziri Fayiz əs-Sərrac paytaxt Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Türkiyə mətbuatı xəbər verir ki, rəsmi görüşdən sonra hər iki ölkə başçısı təşkil edilən ortaq mətbuat konfransında çıxış ediblər.

Ərdoğan deyib ki, qiyamçı Haftarı dəstəkləyərək Liviyanı qan və gözyaşına boğanları tarix özü mühakimə edəcək:

"Heç vaxt Liviya xalqının problemləri ilə maraqlanmayan, Liviyanın gələcəyini davamlı olaraq təhdid altına alan bir adamın bu mövzuda təmsilçi olaraq masaya oturacaq qabiliyyəti də ola bilməz. Haftar, ona hərbi, maddi və siyasi dəstək verənlər sülhün önündə ən böyük əngəldir. Onlar Liviyanın gələcəyini daim təhdid altında saxlamağa çalışırlar. Biz bu ölkədəki qardaşlarımızı əsla qiyamçıların insafına buraxmayacağıq. Haftarın xalqın haqqı olan nefti qaçaq yollarla satma cəhdlərinə mane olacağıq. Qiyamçıların bütün cəhdlərinə baxmayaraq Liviya Milli Koalisiya Hökuməti yeni tip korona virusu (Covid-19) epidemiyasının də öhdəsindən gəlir. Liviya problemini yerli hökumətlə birlikdə bütün beynəlxalq platformalarda danışacağıq. Liviyanın baş naziri Sərraclə əməkdaşlıq sahələrimizi genişlətmə barədə də fikir birliyinə gəldik. Hədəfimizdə Şərqi Aralıq dənizindəki təbii zənginliklərdən faydalanmaq üçün birgə axtarış və qazma fəaliyyətimizi inkişaf etdirmək də var."

Liviyanın baş naziri Fayiz əs-Sərrac cəsur dəstəyə görə Türkiyəyə təşəkkür edib:

"Qiyamçılara deyirik ki, siz artıq sonunuzun başlanğıcındasınız. Yaxamızdan əlinizi çəkin. Geri yolunuz yoxdur. Biz düşməni sonuncusuna qədər məhv etməyə davam edəcəyik. Bunlara müzakirə imkanı da verilməyəcək"./publika.az


Xəbər lenti