Xəzər Xəbər

Son sutkada dünya üzrə ən çox yoluxma bu ölkədə qeydə alınıb - STATİSTİKA

Gündəm | 16:08 • 4 İyun 2020
Son sutkada dünya üzrə ən çox yoluxma bu ölkədə qeydə alınıb -

Son məlumatlara görə, dünya üzrə koronavirusa 6 milyon 596 min 501 yoluxma halı qeydə alınıb, 388 min 422 nəfər isə COVID-19 xəstəliyi səbəbindən həyatını itirib. Həmçinin 3 milyon 188 minə yaxın xəstə sağalıb.


Xezerxeber.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, Bakı vaxtı ilə bu gün saat 15:10-a olan məlumata əsasən, dünya üzrə ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Burada koronavirusa yoluxanların sayı 1,9 milyon nəfəri ötüb. Bu göstəriciyə görə ABŞ-ın ardınca böyük fərqlə Braziliya (584 min 562 nəfər), Rusiya (441 min 108 nəfər), İspaniya (287 min 406 nəfər), Böyük Britaniya (279 min 856 nəfər) və İtaliya (233 min 836 nəfər) gəlir.


ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 109 min 146 nəfər. Birləşmiş Krallıqda 39 min 728, İtaliyada 33 min 601, Braziliyada 32 min 568, Fransada isə 29 min 21 nəfər koronavirus səbəbindən həyatını itirib. Ölənlərin sayına görə altıncı yerdə qərarlaşan İspaniyada bu göstərici 27 min 128 nəfər təşkil edir.


Bununla yanaşı Avropa ölkələrində epidemioloji vəziyyət yaxşılaşmağa davam edir: karantin tədbirləri tədricən aradan qaldırılır, sərhədlər isə açılır.

Xəbər lenti