Xəzər Xəbər

"Arsenal" Kökçünü 23 milyona transfer etməyə hazırdır

İdman | 13:52 • 4 İyun 2020
"Arsenal" Kökçünü 23 milyona transfer etməyə hazırdır

Niderlandın "Feyenoord” klubunda çıxış edən Türkiyənin U-21 millisinin üzvü Orkun Kökçü "Arsenal”ın transfer hədəfindədir.

"Voetbal International” nəşri xəbər verir ki, London təmsilçisi 19 yaşlı yarımmüdafiəçinin keçidi üçün 23 milyon funt-sterlinq təzminat ödəməyə hazırdır.

Kökçünü İspaniyanın "Sevilya" klubu da almaq istəyir.

"Feyenoord"un yetirməsi bu mövsüm 35 oyunda 2 qol vurub, 6 assist edib.

Orkun Kökçünün qardaşı Ozan Can Kökçü "Sabah”da çıxış edir və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.

Xəbər lenti