Xəzər Xəbər

Vergi və sosial sığorta ilə bağlı dəyişikliklər nə vəd edir? - ŞƏRH - VİDEO

Veb TV | 20:36 • 3 İyun 2020
Vergi və sosial sığorta ilə bağlı dəyişikliklər nə vəd edir? -

Azərbaycan Prezidentinin fərmanları ilə Vergi Məcəlləsində və "Sosial sığorta haqqında” qanunda dəyişikliklər təsdiq edilib.

Xezerxeber.az-ın məlumatına görə, bu dəyişikliklər koronavirus (COVID-19) pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.

Dəyişikliklərə əsasən, vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qanunvericilikdə müddəalar müəyyən edilib və ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Əvəz Quliyev vergi və sosial qanunvericiliyə edilmiş əsas dəyişiklikləri şərh edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti