Xəzər Xəbər

Payızda milyonlarla insan işsiz qalacaq QORXUNC PROQNOZ

Dünya | 15:55 • 3 İyun 2020
Payızda milyonlarla insan işsiz qalacaq

Payızda Rusiyada işsizlərin sayı 20 milyona çata bilər.

Bu sözləri "Superjob” işaxtarma saytının rəhbəri Aleksey Zaxarov "İnterfaks”a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə işsizlik rəqəmləri rəsmi açıqlamalardakından 5-6 dəfə çoxdur: "Hazırda Rusiyada real işsiz sayı 10 milyon civarındadır. Halbuki rəsmi rəqəmlərdə bu, 2 milyon kimi göstərilir. Yeni tip koronavirus pandemiyası səbəbilə şirkətlər ixtisar və iflas kimi vəziyyətləri fiziki olaraq gerçəkləşdirə bilmir. İşsiz qalanların çoxu da rəsmi qurumlara müraciət etmir. Çünki bir çox insan üçün bunun heç bir mənası yoxdur”.

Rusiyanın Əmək naziri Anton Kotyakov ölkədə 2,2 milyon qeydiyyatda olan işsiz yaşadığını açıqlayıb.

Dövlət başçısı Vladimir Putin bir müddət əvvəl verdiyi açıqlamada pandemiya səbəbilə ölkədə işsizliyin artdığını dilə gətirmiş, dövlət qurumlarının bu problemə diqqət göstərməsini tələb etmişdi.

Xatırladaq ki, Rusiyada pandemiyaya görə işini itirənlərə aylıq 12 min 130 rubl (177 dollara yaxın) yardım edilir./publika.az


Xəbər lenti

Çox oxunanlar