Xəzər Xəbər

Belarusda şok gəlişmə: “İnqilabın qarşısını almaq üçün...”

Dünya | 15:42 • 3 İyun 2020
Belarusda şok gəlişmə:

"Belarus hökumətinin tərkibi dəyişdikdə inqilab olmayaq”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus lideri bir neçə ay əvvəldən gələcək hökuməti qurmağa başladığını bildirib.

Prezident xatırladıb ki, o zaman hökumətə yeni nazirlər gəldilər və əvvəlkilər yeni bir işə keçməsi ilə əlaqədar - ya öz istəyi ilə, ya da nadir hallarda işin müvafiq hissəsini təmin etmədikləri üçün əvəz olunub:

"Altı ay ərzində hökumətin yeni tərkibini formalaşdırdıq”.

Belarus dövlətinin başçısı qeyd edib ki, hazırkı məqamda - yeni koronavirus pandemiyası şəraitində qlobal iqtisadiyyatdakı böhran nəzərə alınmaqla hökumətin tərkibindəki geniş miqyaslı dəyişikliklər də arzuolunmazdır:

"Bu, çox pis olardı. Çünki indi bütün dünya misli görünməmiş bir iqtisadi böhran dövrünə qədəm qoyub. Bu, hər bir dövlətdə cəmiyyətdəki münasibətlərdə ciddi dəyişikliklərə səbəb olub. Böhranın nəticələri çox ciddi olacaq. Buna görə də indiki məqamda hökumətin bütün üzvlərini əvəzləyən kəskin bir addım atmaq səhv olardı”.

Onun sözlərinə görə, buna ehtiyac yoxdur:

"Özlərini yaxşı göstərən və hökumətdə yaxşı işləyən yeni nəsil yetişdi. Niyə onları dəyişdirməliyik? Onlar işləyə bilərlər. İşlərinin öhdəsindən gələ bilməyənlər, əlbəttə ki, dəyişdirilməli və başqa işə göndərilməlidir”.

Bundan əvvəl, Lukaşenko avqustun 9-a təyin olunan prezident seçkisindən əvvəl yeni bir hökumət qurmaq planlarını açıqlamışdı./teleqraf

Xəbər lenti