Xəzər Xəbər

"Bayern" Koutinyo ilə bağlı qərar verdi

İdman | 15:24 • 3 İyun 2020
"Bayern" Koutinyo ilə bağlı qərar verdi

"Bayern" "Barselona"dan icarəyə götürdüyü Filippe Koutinyo ilə bağlı qırar verib.

"Bild" nəşri xəbər verir ki, Münhen təmsilçisi braziliyalı yarımmüdafiəçinin transfer hüququna yiyələnməyəcək.

27 yaşlı futbolçunun icarə müqaviləsi iyunun 30-dək nəzərdə tutulub. O, müqavilə ilə məxsus olduğu "Barselona"ya qayıdacaq.

Katalonlar Koutinyonu 2018-ci ilin yanvarında "Liverpul"dan 145 milyon avroya transfer etmişdi. Braziliya millisinin üzvü 2019-cu ilin yayında "Bayern"ə icarəyə verilib. Koutinyo 22 oyunda 8 qol vurub, 6 assist edib.

Xəbər lenti