Xəzər Xəbər

ABŞ-da son 24 saatda koronavirusa 21 mindən çox yoluxma qeydə alınıb

Dünya | 17:09 • 2 İyun 2020
ABŞ-da son 24 saatda koronavirusa 21 mindən çox yoluxma qeydə alınıb

ABŞ-da son 24 saatda koronavirusa 21 mindən çox yoluxma halı qeydə alınıb, 784 nəfər isə COVID-19 xəstəliyi səbəbindən həyatını itirib.


Xezerxeber.az Amerikanın Cons Hopkins Universitetinin saytına istinadla xəbər verir ki, son sutka ərzində ABŞ-da 21 min 188 nəfər, öncəki gün isə 20 min 7 nəfər koronavirus infeksiyasına yoluxub. Həmçinin iyunun 1-də 605 nəfər bu xəstəlikdən vəfat edib.


Dünya üzrə pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 15:40-a olan məlumatına əsasən, ABŞ-da 1 milyon 859 min 693 yoluxma və 106 min 927 ölüm faktı qeydə alınıb, 615 min 426 nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Hazırda müalicə alan 1 milyon 137 min 340 xəstədən 16 min 949-nun vəziyyəti ağır qiymətləndirilir.

Xəbər lenti