Xəzər Xəbər

Formula 1: “Williams” komandası satışa çıxarılıb

İdman | 18:08 • 1 İyun 2020
Formula 1: “Williams” komandası satışa çıxarılıb

Formula 1 çempionatının "Williams” komandasının rəhbərliyi, gözlənildiyi kimi, koronavirus pandemiyası fonunda yaranan maliyyə problemləri səbəbindən idarəetmə strategiyasına yenidən baxılacağını elan edib.


Komandanın sahibinin tamamilə dəyişməsinə hazırdırlar və artıq axtarışa başlayıblar. Yeni strategiya çərçivəsində titullu sponsor "ROKit” və onun törəmə şirkəti olan "ROK Drinks” şirkəti ilə 2023-cü ilədək müqavilə olmasına baxmayaraq, bundan sonrakı əməkdaşlıqdan imtinaya qərar verilib.


"Williams”ın rəsmi bəyanatında deyilir: "WGPH”nin [Williams Grand Prix Holdings] Direktorlar Şurası müxtəlif strateji variantları gözdən keçirir. Mümkün variantlar sırasına şirkət üçün yeni pul vəsaitinin cəlb edilməsi, "WGPH”nin minoritar səhm paketinin və ya "WGPH”nin nəzarət səhm paketinin satışı, o cümlədən bütün şirkətin potensial satışı da daxildir. Hələlik qəti qərar qəbul edilməməsinə baxmayaraq, şirkət danışıqları yüngülləşdirmək məqsədilə satış prosesinə başlamağı rəsmi şəkildə elan edir. Bizə rəsmi şəkildə hələ ki, müraciət olunmayıb. Belə təklif gələcəyinə və hansı şərtlərin təqdim ediləcəyinə əminliyimiz yoxdur. "Williams Grand Prix Holdings”in idarə heyəti hər cür təklifdən imtina etmək və danışıqları dayandırmaq hüququnu özündə saxlayır”.


Komandada onu da qeyd ediblər ki, "Williams”ın 2020-ci il mövsümündə iştirakına heç bir təhlükə yoxdur.

Xəbər lenti