Xəzər Xəbər

Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlanıb - FOTO

Region | 17:38 • 1 İyun 2020
Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlanıb -

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlayıb.


Agentlikdən xezerxeber.az-a verilən məlumata görə, Gəncə şəhər Baş polis idarəsinin əməkdaşları ilə birgə Gəncə şəhəri, Sadılı qəsəbəsi, Muxtar Abisarov küçəsində Tanrıverdiyev Nicat Zahid oğluna məxsus yük avtomobilinə baxış keçirilib. Yük avtomobilində fiziki şəxs Poladlı Pərviz Şəmsi oğluna məxsus dövlət qeydiyyatı olmayan və mənşəyi bilinməyən 24 adda baytarlıq preparatı aşkarlanıb. Dərman preparatlarından götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib.


Qanunvericiliyə uyğun olaraq aşkarlanan dərman preparatlarının satışına məhdudiyyət qoyulub.

Xəbər lenti