Xəzər Xəbər

Birinci sinifdə oxuyacaq sağlamlıq imkanları məhdud uşaqların müayinəsinə başlanıb

Cəmiyyət | 17:14 • 1 İyun 2020
Birinci sinifdə oxuyacaq sağlamlıq imkanları məhdud uşaqların müayinəsinə başlanıb

İyunun 1-də 2020-2021-ci tədris ilində xüsusi təhsildə I sinfə qəbul olunacaq və həmçinin təkrar müayinəsi tələb olunan sağlamlıq imkanları məhdud uşaqların müayinəsinə başlanıb.


Təhsil Nazirliyindən xezerxeber.az-a bildirilib ki, Psixoloji-tibbi-pedaqoji komissiyalar tərəfindən həyata keçirilən proses sentyabrın 30-dək davam edəcək. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hazırladığı "Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə müayinə zamanı riayət olunmasına və eləcə də müayinə tarixlərinə dair təlimat məktubu yerli təhsili idarəetmə orqanlarına göndərilib.


Qeyd edək ki, sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsilə cəlb olunmaları barədə qərar psixoloji-tibbi-pedaqoji komissiyalar tərəfindən uşaqların fiziki çatışmazlıqlarının, əqli və (və ya) psixi ləngimələrinin diaqnostikası əsasında verilir.

Xəbər lenti